11 C
Baku
Sunday, November 17, 2024

Türkiyə və İran saxta xəbər və dezinformasiya ilə mübarizədə əməkdaşlıq edəcək

Türkiyə və İran saxta xəbər və dezinformasiya ilə mübarizədə əməkdaşlıq edəcək.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkədə yazıb.

“Saxta xəbərlərin və dezinformasiyanın aşkarlanması və onlara qarşı mübarizə aparmaq üçün ölkələrimiz arasında əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirməyi hədəfləyirik. Ümid edirəm ki, media və kommunikasiya sahəsində bilik və təcrübə mübadiləsi, ölkələrimizdə kommunikasiyaya məsul qurumlar arasında məsləhətləşmə və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan saziş faydalı olacaqdır”, – o qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi “Media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar.

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.

Son xəbərlər
Digər xəbərlər