Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, İslam Əməkdaşlıq Təşkilatının təcili toplantısı və müqəddəs kitabımız Qurani-Kərimə qarşı hücumlara qarşı birgə görüləcək tədbirlər müzakirə edilib.