11 C
Baku
Saturday, November 16, 2024

Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlüyü ilə bağlı bir-birini məlumatlandıracaq

Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı atacaqları addımlar barədə bir-birini qarşılıqlı məlumatlandırmaq barədə razılığa gəlib.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto müsahibəsində deyib:

“Türkiyədəki yeni həmkarım Hakan Fidan ilə bu məsələni müzakirə etmişəm. Biz razılığa gəldik ki, bu məsələ ilə bağlı gələcək addımlar barədə bir-birimizi qarşılıqlı şəkildə məlumatlandıracağıq”.

Peter Siyarto bildirib ki, Macarıstan hökuməti İsveçin NATO üzvlüyünü dəstəkləyir, lakin yekun qərarı Macarıstan Parlamenti verəcək, hansı ki, bu Parlament Stokholmun “təhqirlərinə məruz qalıb”:

“Onlar İsveçdən, onun siyasətçilərindən gələn tənqidlərə, ittihamlara və iddialara daim qulaq asmalı idilər. Bizə deyirlər ki, Macarıstanda demokratiya olmayacaq, diktatura olacaq. Belə bir ittiham bu məsələni bir müddət dayandırmağa əsas verir”.

Macarıstan XİN rəhbəri, həmçinin İsveçi onun ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib:

“Biz heç vaxt başqa ölkələrin daxili məsələlərinə qarışmırıq”.

O, ABŞ və digər Avropa dövlətlərinin də Macarıstanın daxili işlərinə qarışdığını iddia edərək, “Bizi dəfələrlə ittiham ediblər… Bunu müdaxilə kimi qəbul etmək olar, lakin bunu edən təkcə isveçlilər deyil”, – deyə nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər