Türkiyə və Rusiya elektron pul vahidiynən hesablaşmalara keçidi müzakirə edirlər. Bu barədə məlumatı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Johannesburqa səfəri zamanı BRICS-nin 10-cu zirvə toplantısında iştirak etdiyndə bildirib.
«Mənim səfərim (Afrikaya)zamanı, milli valyutada hesabalşmalar çox mühüm bir müzakirə mövzusu halına gəldi. Mən bu məsələni müzakirə apardığım hər bir ölkənin lideri ilə danışmışam. Beləliklə Çin və Rusiya ilə artıq razılaşmışıq. Mərkəzi banklarımızın rəhbərləri, maliyyə nazirləri də bu mövzuya çox diqqət yetirirlər. Rusiya ilə artıq elektron pul qaynaqlarına keçid haqqında düşüncələr var. Hindistanla birlikdə də oxşar tədbirlər haqqında düşünürük»- Hürriyyet qəzeti Ərdoğanın dediklərini yazır.
Türkiyə prezidenti Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putinə ilk dəfə 2016-cı ilin dekabrında «milli valyutada ticarətlə məşğul olmaq» təklifini irəli sürüb. Daha sonra bu mövzu iki ölkə liderləri Rusiya və Türkiyə görüşləri zamanı bir neçə dəfə müzakirə edilmişdir.