Türkiyə və Rusiya prezidentləri Soçi görüşündə ikitərəfli və regional məsələləri müzakirə edəcək.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, hazırda görüşə dair hazırlıq işləri davam edir.