8 C
Baku
Monday, November 18, 2024

Türkiyə və Rusiya qaz ödənişlərinin təxirə salınması ilə bağlı razılıq əldə edib

Türkiyə tədarük edilən təbii qaz üçün ödənişlərin bir hissəsinin təxirə salınması haqqında Rusiyanın “Qazprom” şirkəti ilə razılığa gəlib.

Bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz “Haber Global” telekanalına açıqlamasında deyib.

“Ötən il biz qaz qiymətlərinin kəskin və gözlənilməz artması ilə bağlı “Qazprom”la danışıqlar apardıq və razılıq əldə etdik. Bu, Maliyyə Nazirliyimizlə razılaşdırılmış şəkildə həyata keçirilmişdi. Ticarət əlaqələrimizdə bu təcrübə daha əvvəl də olub, bu dəfə isə ödənişləri nəzərdən keçirməyi təklif etdik”, – nazir bildirib.

F. Dönməz əlavə edib ki, Rusiya ilə əlaqələr təkcə təbii qaz sahəsində deyil, həm də nüvə enerjisi sahəsində ən yüksək səviyyədə inkişaf edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər