7 C
Baku
Thursday, December 12, 2024

Türkiyə və Rusiya Ukraynanın taxılının daşınması ilə bağlı razılığa gəliblər

Rusiyanın “İzvestiya” qəzeti Türkiyə və Rusiyanın Ukrayna taxılının limanlardan daşınması planı üzərində razılaşdıqlarını yazıb.

Ukrayna limanları ilə bağlı Türkiyə və Rusiyanın razılığa gəldiyi bildirilir.

Banker.az xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetinin verdiyi məlumata görə, Rusiya və Türkiyə taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti plan barədə razılığa gəliblər.

Plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq.

Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək.

Planın Rusiya xarici işlər naziri Sergey Lavrovun 8-9 iyun tarixlərində Türkiyəyə səfəri zamanı gündəmdə olacağı gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov Lavrovun Ankaraya səfəri zamanı taxıl məsələsinin də müzakirə olunacağını təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər