Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşüb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Müzakirələr zamanı qarşılıqlı təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Tərəflər, həmçinin etimad mühitinin formalaşdırılması üçün iclasların bərpasına dair razılığa gəliblər.