6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə vətəndaşları Yunanıstan adalarına Şengen vizası olmadan səfər edəcəklər

Türkiyə vətəndaşları Yunanıstan adalarına Şengen vizası olmadan səfər etməyə başlayıb.

Türkiyə vətəndaşları üçün Yunanıstan adalarına birhəftəlik giriş vizası tətbiqi qüvvəyə minib.

Yunanıstanın 10 adası üçün etibarlı olan bu tətbiq çərçivəsində Türkiyə vətəndaşları cəmi 60 avro ödəyərək bir həftəyədək adaları ziyarət edə biləcək. Yunanıstana girişdə pasport nəzarəti və barmaq izi qeydiyyatı olacaq.

Razılaşmanın etibarlı olduğu adalar Rodos, Lesbos, Lemnos, Xios, Samos, Leros, Kalimnos, Kos, Simi və Kastelorizondur. Sözügedən tətbiqin bəzi kiçik adalarda iyun ayında başlanması planlaşdırılır.

Xatırladaq ki, Türkiyə vətəndaşlarının Yunanıstan adalarına girişin sadələşdirilməsi haqqında razılıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Kiryakos Mitsotakislə görüşdə əldə olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər