Türkiyə Mərkəzi Bankının Pul komitəsi cümə axşamı üçün faiz dərəcəsinə dair ilin ilk qərarını verir. Bu iclas öncəsi isə lirə ABŞ valyutası qarşısında möhkəmlənmə nümayiş etdirdi.
USD/TRY cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 13:40 radələrinə 13.4378 səviyyəsinə qədər eniş etdi, bu da günlük 0.68% eniş deməkdir.
Qeyd edəki, 2021-ci ildə lirənin məzənnəsi ABŞ dolları qarşısında 44% dəyər itirdi. Ölkdə inflyasiya 2021-ci ilin dekabrı üzrə 36% təşkil etmişdi.
Hazırkı durumda isə, Türkiyə Mərkəzi Bankı bu həftədədəki iclasında faiz dərəcəsini qaldıra biləcəyi proqnoz edilir. 2021-ci ildə isə yüksək inflyasiyaya rəğmən ölkədə uçot faiz dərəcələri 19%-dən 14%-ə qədər azaldıldı.
2022-ci ilin sonuna qədər Türkiyədə 39%-lik inflyasiya gözləntisi var.
Hökumət isə 2022-ci ilin sonuna 26.8%, 2023-cü ildə isə 15.4% və təkrəqəmliyə isə 2023-cü ilin ortalarında düşəcəyi proqnoz edilir.