“Bu, dondurulmuş bir ixtilaf (münqaişə) idi. Daha doğrusu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür”.
TRT xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Bu problemin kökündən həlli üçün Ermənistan Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın işğal altında olan torpaqlarından çıxması ilə bağlı konkret addım atmalıdır”, – nazir əlavə edib.