14 C
Baku
Saturday, November 23, 2024

Rusiyalı oliqarxlar Türkiyədə biznes qura bilər? – Rəsmi açıqlama

Türkiyə Qərb ölkələrinin Rusiya və oliqarxlarına qarşı sanksiyalarına qatılmayıb, biz sadəcə BMT çərçivəsində tətbiq olunan sanksiyalara riayət edirik.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiya oliqarxları Türkiyəyə gələ bilir sualı veririksə, təbii ki, Rusiya vətəndaşları Türkiyəyə gələ bilər, indi də Türkiyədə rus turistləri var, Ukraynadan gələnlər də var. Ukraynadan gələnlərin sayı hal hazırda 60 mini keçib. Bu (Rusiyadan – red.) oliqarxlar gəlib burada bir iş qura bilər mi? Əgər qanunidirsə, beynəlxalq hüquqa zidd deyilsə, əlbətdə qura bilərlər”,- deyə nazir qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər