Türkiyə XİN başçısı Ukraynaya səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər avqustun 25-də baş tutacaq.

Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.

Səfər çərçivəsində Türkiyə XİN rəhbərinin Qara Dəniz “Taxıl sazişi” ilə bağlı müzakirələr aparacağı gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər