11 C
Baku
Tuesday, November 19, 2024

Türkiyə XİN İlham Əliyev ilə Paşinyanın görüşü barədə açıqlama verib

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə hazırlıq işlərinə başlanması və birgə sərhəd komissiyasının yaradılması ilə bağlı razılıq əldə olunmasından məmnundur.

Banker.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.

Açıqlamada deyilir:

“Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin ev sahibliyi ilə keçirilən görüşün nəticəsi olaraq, iki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üçün hazırlıq işlərinə başlamaqla bağlı təlimat verilməsindən və iki ölkə arasında aprel ayının sonuna qədər birgə sərhəd komissiyasının yaradılması ilə bağlı razılığın əldə olunmasından məmnunuq. Türkiyə Respublikası regionda sülh və sabitlik mühitinin yaradılması səylərini dəstəkləyir və bu səylərə fəal şəkildə töhfə verir”.

 

Son xəbərlər
Digər xəbərlər