17 C
Baku
Friday, October 18, 2024

Türkiyə yaxın vaxtlarda Türkmənistan qazının svop tədarükü ilə bağlı razılığa gəlməyə ümid edir

Türkiyə yaxın vaxtlarda Türkmənistan təbii qazının svop tədarükü ilə bağlı razılığa gəlməyə ümid edir.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Türkiyə hazırda qonşu İran vasitəsilə qaz mübadiləsi (svop) yolu ilə Türkmənistandan qaz idxalı imkanlarını araşdırır”, – o bildirib.

Nazir əlavə edib ki, bu ayın sonunadək razılığa gəlməyə ümid edir.

Qeyd edək ki, 2024-cü il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. Buraya Türkmənistan qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəalar daxildir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər