Türkiyənin “Baykar” şirkəti süni intellektlə idarə olunan yeni “MIZRAK” kamikadze dronunu təqdim edib.
Baykar yeni barraj edən döyüş sursatı olan dronun sınaq görüntülərini yayıb.
Məlumata görə, sistem təyin olunmuş ərazidə patrul edə, hədəfləri avtonom şəkildə aşkar edib məhv edə bilir. Dron GPS siqnalı olmadan da dəqiq zərbələr endirmək imkanına malikdir.
Bildirilib ki, “MIZRAK” aparatları “sürü” (swarm) formatında fəaliyyət göstərmək və 1000 kilometrdən artıq məsafədə missiyalar icra etmək üçün nəzərdə tutulub.
Qeyd olunur ki, yeni dronun geniş ictimaiyyətə təqdimatı SAHA 2026 sərgisi çərçivəsində baş tutacaq.






