“IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində 120 təqdimat proqramı, əməkdaşlıq protokolu və razılaşmanın imzalanma mərasimi keçirilib.
Bu barədə İstanbul şəhərində keçirilən sərginin bağlanış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, “IDEF-23” müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirəcək. Ərdoğanın sözlərinə görə, Türkiyə yaxın zamanda yeni yüksək texnologiyalı məhsullar təqdim edəcək.