Türkiyə Yunanıstanla hazırkı problemləri beynəlxalq hüquq çərçivəsində konstruktiv dialoq, mehriban qonşuluq siyasətinə əsaslanaraq həll etmək istəyir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afinada Yunanıstan Baş naziri Kiryakos Miçotakis ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Egey dənizi dostluq və əməkdaşlıq dənizi olmalıdır.
Ərdoğan həmçinin, onu da əlavə edib ki, Kipr məsələsi adadakı reallıqlara əsaslanaraq həll edilməlidir.
Türkiyə Prezidenti Miçotakislə növbəti görüşün Ankarada keçiriləcəyini də bildirib.
Ərdoğan Yunanıstan ərazisində yerləşən terrorçuların sığınacağı olan Lavrion düşərgəsinin bağlanmasını müsbət qiymətləndirərək, oxşar düşərgələrin yaradılmasının qarşısını almaq üçün ehtiyatlı addımlar atmağın lazım olduğunu vurğulayıb.