12 C
Baku
Saturday, November 23, 2024

Türkiyədə dollar/TL məzənnəsi 13.40 səviyyəsini test etdi

16:35. Türkiyədə ABŞ dollarının məzənnəsi milli valyuta qarşısında 18% bahalaşıb.

Banker.az xəbər verir ki, USD/TRY cütlüyünün məzənnəsi 13.43 səviyyəsinə yüksəlib.

qweq


15:50. Türkiyədə ABŞ dollarının məzənnəsi 12.5186 lirəyə yüksəlməklə gözlənilən proqnozları da aşıb keçib. Beləliklə, ticarət sessiyası ərzində dollar lirə qarşısında 1.12  lirə, yaxud 10% ucuzlaşma deməkdir.

Fransanın investisiya bankı “Société Générale” isə dekabr ayında TCMB-nin 1 faiz bəndi uçot faiz dərəcəsini endirəcəyini proqnoz edir. Bu bankın analtiki Phoenix Kalen deyib ki, TCMB-nin 2022-ci ildə faiz artımına gedə biləcəyini də diqqətə çatdırıb. Kalenə görə, önümüzdəki günlərdə lirənin sürətli ucuzlaşma yaşayacağı və TCMB-nin isə sərt monetar siyasətə yenidən əl atacağını proqnoz edir. Hətta requlyatorun növbəti ilin ilk rübündə faiz dərəcəsini 19%-ə qədər qaldırmasını proqnoz edir.

“Société Générale” 2022-ci ilin ilk rübünün sonuna USD/TRY cütlüyünün 11.5 səviyyəsinə qədər ralli edəcəyini proqnoz edir. Halbu ki, bank bundan öncəki (oktyabrda) lirənin dollar qarşısında müvafiq proqnoz etdiyi tarixdə 10.5 səviyyədə olacağını qeyd edirdi.

Fransız bankı, 2022-ci ilin ikinci rübünün sonuna USD/TRY üçün proqnozunu 11.50-dən 12.20-yə, üçüncü rübün sonu üçün 12-dən 13-ə və ilin sonuna isə 12.50-dən 13.90 qədər artırıb.


11:42. Türkiyə liderinin ötən gün faiz və məzənnnə ilə bağlı sərt tənqidi çıxışı ardından dollar/lirə cütlüyünün (USD/TRY) kursundakı artım daha da aqressivləşib.

USD/TRY cütlüyü Bakı vaxtı ilə 11:37 radələrinə 11.9193 səviyyəsinə yüksəlib. Bu da ticarət sessiyası ərzində 51 kuruş, yaxud 4.5% artım deməkdir. Bu da Türkiyə tarixində rekord rəqəm sayılmaqdadır.

sewqeqweq

Dünən Nazirlər Kabinetinin toplantısında Türkiyə Respublikasının Prezidenti Rəcəb Teyyub Ərdoğan, xalqını iqtisadi asılılıq müharibəsindən qalib çıxaracağını deyib.

“Valyuta məzənnəsinin yüksəlişi ilə bağlı qiymət artımı investisiyaya, istehsala və məşğulluğa birbaşa təsir göstərmir. Valyuta məzənnəsində rəqabət qabiliyyəti investisiyaların, istehsalın və məşğulluğun artmasına yol açır”.

Çıxışında Türkiyənin sosial tədbirlərinə, sənaye və istehsaldakı gücünün yüksəlişi üçün həyata keçirilən layihələrə, eləcə də milli valyuta türk lirəsinin məzənnə

si ilə bağlı son vəziyyət barədə fikir və düşüncələrini bölüşən dövlət başçısı deyib:

“Ölkəmizi bu iqtisadi qurtuluş savaşından da zəfərlə çıxaracağıq”.

Qeyd edək ki, hazırda ölkədə inflyasiyanın 20%-ə yaxın olmasına rəğmən, Türkiyə Mərkəzi Bankı maliyyə bazarında yumşaq pul siyasətinə meyillik göstərir. Son üç ayda TCMB faiz dərəcəsini 19%-dən 15%-ə qədər azaldıb. Bir sıra analitiklər növbəti ayda da inflyasiyanın götür-qoy etdikdən sonra faiz dərəcəsini 1% bəndi endirilə biləcəyini proqnoz edir.

Son xəbərlər
Digər xəbərlər