Türkiyənin 17 şəhərində 128 nəfərin yeni növ koronavirusun (COVID-19) mutasiyaya uğramış və ilk dəfə Böyük Britaniyada qeydə alınmış ştammına yoluxduğu aşkarlanıb.
Bunu bu gün Türkiyənin səhiyyə naziri Farettin Koca bildirib.
Nazir son dövrlər Avropada yoluxmanın artmasının səbəblərindən birinin məhz virusun mutasiyaya uğramış variantı olduğunu da vurğulayıb. Səhiyyə naziri mutasiyaya uğramış virusun hazırda peyvəndlərin hazırlanması ilə bağlı aparılan fəaliyyətlərə təsir etməyəcəyini, ancaq yeni mutasiyaların gələcəkdə bu sahədə müəyyən çətinliklər yarada biləcəyini deyib.