Türkiyədə 150-dən çox soyğunçu, 83 podratçı saxlanıldı

Zəlzələdən zərər çəkmiş bölgələrdə talan etməkdə şübhəli bilinən 150-dən çox adam saxlanılıb.

Bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

“Rayonda oğurluq, talama və ixtisaslı dələduzluq faktları üzrə 152 şübhəli saxlanılıb”, – məlumatda deyilir.

Bundan əlavə, araşdırmalar nəticəsində zəlzələ zamanı dağılmış binaların tikintisi və təmiri ilə məşğul olmaqda şübhəli bilinən 83 podratçı həbs edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər