Türkiyədə 6 fevral zəlzələlərinin baş verdiyi bölgədə dağılan və ya tikinti normalarına zidd olaraq dəyişdirilən binalarla bağlı aparılan araşdırmalarda 2825 şübhəli haqqında cinayət işi başlanılıb.
Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X” platformasındakı səhifəsində bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 267-si barəsində həbs-qətimkan tədbiri seçilib.
“984-nün barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb”- deyə o əlavə edib.