Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda qeydə alınan 6,1 maqnitudalı zəlzələ nəticəsində 1 nəfər ölüb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O, qeyd edib ki, dağıntılar altından çıxarılan qoca həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.
Nazir iki gün təbii fəlakət zonasında qalacağını, zərər çəkən binalara vurulan ziyanın müəyyənləşdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, təbii fəlakət zamanı 29 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
***
Türkiyənin Balıkesir vilayətinin rayonunda 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə üç əlavə zəlzələ qeydə alınıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar nəticəsində 10-dan çox bina çöküb.
***
Türkiyədə zəlzələ nəticəsində çökən binanın altından 4 nəfər çıxarılıb.
***
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.
AFAD-ın məlumatına əsasən, təkanlar İstanbul da daxil olmaqla, Marmara bölgəsinin bir çox yerində hiss olunub.
Hadisə nəticəsində bir bina çöküb.
Məlumataa görə, zəlzələ yerli vaxtla saat 19:53-də qeydə alınıb və yerin 11 kilometr dərinliyində baş verib.
Hazırda dağıntılar altında qalanların olub-olmadığı məlum deyil.