18 C
Baku
Wednesday, October 15, 2025

Türkiyədə 694 milyon ton nadir torpaq elementi aşkarlanıb

Türkiyədə tədqiqat aparılan ərazidə başda barıt və flüorit olmaqla 694 milyon ton nadir torpaq elementinin olduğu müəyyən edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Ərdoğan əlavə edib ki, Eskişehir vilayətinin Bəylikova rayonundakı nadir torpaq elementləri yatağında bu günə qədər 310 müxtəlif yerdə təxminən 125 min metr qazma işi aparılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər