Türkiyədə ABŞ və Rusiya nümayəndələrinin görüşü keçirilir

Türkiyənin İstanbul şəhərində ABŞ və Rusiya nümayəndələrinin “qıcıqlandırıcı məsələlər”lə bağlı görüşü keçirilir.

Məlumatı TASS yayıb.

Qeyd edək ki, Rusiyanın məşhur silah baronu Viktor But ABŞ-ın tanınmış basketbolçusu Brittni Qraynerlə dəyişdirilib.

Xatırladaq ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu iki ölkə arasında problemli məsələlərlə bağlı müzakirələrə yol açılması olmadığını bildirib.