10 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə Aİ-nin Zirvə toplantısı keçiriləcək

Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə əlaqədar fevralın 22-də İstanbulda Avropa İttifaqının Zirvə toplantısı keçiriləcək.

Bu barədə Avropa İttifaqının Türkiyədəki Nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Meyer-Landrut bildirib.

Onun sözlərinə görə, tədbirə Ukraynanın dövlət rəsmisi də dəvət ediləcək. Meyer-Landrut qeyd edib ki, sammitə Türkiyədən bir nümayəndə qatılacaq. Ancaq onun kimliyi hələ məlum deyil. Meyer-Landrut bildirib ki, sammitdə müharibənin geosiyasi və iqtisadi nəticələrinin müzakirə olunacağına gözlənilir:

“Bu, həm də Ukraynaya dəstəyimizi ifadə etməyin bir yoludur. Keçən il fevralın 24-də Rusiya təcavüzünün başlaması Avropa tarixində həlledici məqam oldu. Avropa bizim ortaq tarixi coğrafiyamızdır”.

Onun sözlərinə görə, insanlar tez-tez 2001-ci il sentyabrın 9-da ABŞ-da baş verən terror hadisəsini yada salırlar. Nümayənliyinin başçısı bunun bir dəyişiklik anı olduğunu söyləyib:

“2022-ci il fevralın 24-ü tarixi Avropanın təhlükəsizliyi ilə bağlı eyni dərəcədə vacibdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər