2021-ci ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycandan olan 70 şirkət təsis edilib.
Banker.az Türkiyə Ticarət Palataları və Birjalar Birliyinə istinadən xəbər verir ki, 14.4 milyon türk lirəsi həcmində Azərbaycan kapitallı 70 şirkət yaradılıb.
2021-ci ilin birinci rübündə Türkiyədə 13 səhmdar cəmiyyət və 57 məhdud məsuliyyətli cəmiyyət yaradılıb.
Qeyd edək ki, cari ilin mart ayında Türkiyədə Azəraycandan olan 4 səhmdar cəmiyyət, 21 məhdud məsuliyyətli cəmiyyət yaradılıb.