13 C
Baku
Tuesday, May 7, 2024

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artıb

2023-ci ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb.

Banker.az bu barədə Türkiyə Ticarət və Sənaye Palatasına (TOBB) istinadən xəbər verir ki,  bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət azdır.

Məlumatda bildirilib ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb. Belə ki, “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 109.5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 42.4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

2023-cü ilin may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (97) qeydiyyata alınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər