Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 mənzil alıb.
Banker.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 mənzil və yaxud 10% artıb.
Bu ilin yanvar-oktyabr aylarında isə azərbaycanlılar Türkiyədə 1 020 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 66 mənzil və yaxud 7% çoxdur.
Ümumilikdə oktyabrda xarici vətəndaşlar Türkiyədə 5 331 mənzil alıb ki, bu da illik müqayisədə 1 020 mənzil və yaxud 24% çoxdur.
Bu rəqəm yanvar-oktyabrda isə 31 797 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4 782 mənzil və yaxud 13% azdır.
2020-ci ilin oktyabrında Türkiyədə ən çox mənzil alan xaricilər İraq vətəndaşları, yanvar-oktyabr aylarında İran vətəndaşları olub. İraqdan olanlar oktyabrda 909, İran vətəndaşları yanvar-oktyabrda isə 5 565 mənzil əldə edib.