22 C
Baku
Thursday, October 3, 2024

Türkiyədə benzinin qiyməti qaldırılır

Neft Məhsulları Həmkarlar İttifaqı (Petrol Ürünleri İşverenler Sendikası – PÜİS) bu gecə yarısından etibarən benzin və dizel yanacağının qiymətinin 0.15 TL (7 qəpik) qaldırılacağını açıqlayıb. Bu artımla benzinin qiyməti 2,5 illik fasilədən sonra 5 lirəni keçəcək.

FaktXəbər-in məlumatına görə, yeni qiymətlə Türkiyədə Aİ95 markalı benzinin qiyməti 4,92-4,95 lirədən 5,07-5,10 lirəyə yüksələcək.

Dizelin qiyməti isə 4,30-4,32 lirədən 4,45-4,47 lirə səviyyəsinə qalxacaq.

Spirtli içki və tütün məmulatlarının da qiyməti artıb

Qiymət artımı spirtli içki və tütün məmulatlarından da təsirsi ötüşmədi .

Report “Ulusalkanal”a istinadən xəbər verir ki, bu, ölkədə özəl istehlak vergisinin artması ilə əlaqədardır. İnformasiyaya görə, spirtli içkilərin qiyməti 10 faiz, tütün məmulatlarının qiyməti isə 27,5 faiz bahalaşıb.

Məlumatda bildirilib ki, indiyə qədər 9 Türk lirəsinə (4 manat 40 qəpik) olan siqaterlər hazırda 10 lirəyə (4 manat 90 qəpik) satılır.

Son xəbərlər
Digər xəbərlər