Türkiyənin cənub-şərq ərazilərində baş verən zəlzələ ilə bağlı Qaziantep, Hatay və Şanlıurfa hava limanları uçuşlar üçün bağlanıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Ankarada operativ qərargahda mətbuata açıqlaması zamanı bildirib.
O qeyd edib ki, Kahramanmaraş-Qaziantep təbii qaz boru xəttində baş verən qəza nəticəsində bölgəyə təbii qazın verilməsi də dayandırılıb.