Türkiyənin “Isbank”ı “Bluetooth” vasitəsilə işləyən yeni ATM quraraq bankomat şəbəkəsini yeniləməyə hazırlaşır.
Banker.azın payspacemagazine.com saytına istinadla xəbər verir ki, yeni “İşCepMatiks” qurğusunda kart oxuyucu sistem olmayacaq. Bankomatdan yalnız smartfon vasitəsilə istifadə etmək mümkündür. Bunun üçün istifadəçi bank və ya “Bluetooth” üzrə əlavələri yükləməli, QR-koda qoşulmalıdır.
Qeyd edək ki, bank iki il ərzində “DG Works” yerli şirkəti ilə birgə yeni nəsil bankomatlarını işləyib hazırlayıb. Belə bir variant bankomat qarşısında saatlarla gözləmə vaxtını azaltmağa imkan verir.
“Isbank” 1982-ci ildə bankomat tətbiq edən ilk Türkiyə bankı olub. Hazırda şəbəkənin bütün ölkə üzrə 6500 qurğusu var.
azertag