8 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə daha bir kriptobirja bağlandı

2021-ci il 24 aprel tarixində Türkiyənin “Vebitcoin” kriptobirjası maddi çətinliklər səbəbindən iflas etdiyini etiraf edib. Eyni zamanda şirkət rəhbərləri də daxil olmaqla 4 nəfər fırıldaqçılıqda günahlandırılıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xə

Bildirilir ki, “Vebitcoin”in iflasının səbəbi Türkiyədə rəqəmsal aktivlər sənayesinin tənzimlənməsi qaydalarının sərtləşdirilməsi olub. Daha əvvəl qeyd edildiyi kimi, Türkiyə Mərkəzi Bankı ödəniş vasitəsi olaraq kriptovalyutanın istifadəsini qadağan edib. Bununla əlaqədar olaraq, “Vebitcoin” “artan maliyyə yükü ilə qarşılaşıb ki, bu da ona normativ tələbləri yerinə yetirməyə imkan verməyib”.

“Kriptovalyuta sənayesindəki son hadisələr səbəbindən əməliyyatlarımız gözləniləndən daha intensiv keçib. Təəssüf hissi ilə bildirmək istərdik ki, bu vəziyyət maliyyə sahəsində çox çətin prosesə gətirib çıxarıb. Mərkəzi Bankın tələblərini yerinə yetirə bilmədiyimiz üçün fəaliyyətimizi dayandırmağa qərar verdik”, – deyə “Vebitcoin”in mesajında bildirilir.

Qeyd edək ki, iflasdan əvvəl “Vebitcoin”in gündəlik ticarət həcmi təxminən 60 milyon dollar təşkil edib. Daha əvvəl Türkiyənin “Thodex” kriptobirjasının fəaliyyətini dayandırması xəbəri yayılıb. Şirkətin baş direktoru beynəlxalq axtarışa verilib – o, 2 milyard dollar pulla xaricə qaçıb.

Ümumiyyətlə, kriptovalyutaların tənzimlənməsi bazar üçün əsas risklərdən biridir. Türkiyə sərt qaydaları tətbiq edən ilk ölkələrdən biri olub, nəticədə bir həftədə iki kriptobirja bağlanıb. Əgər bu digər ölkələrdə təkrarlansa, kriptovalyutanın dəyəri kəskin azala bilər.

Son xəbərlər
Digər xəbərlər