3 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə daşınmaz əmlak alan rusiyalıların sayı 70.6% artıb

2022-ci ilin oktyabr ayının nəticələrinə görə, Rusiya vətəndaşları arasında Türkiyədə daşınmaz əmlaka tələbat sentyabr ayı ilə müqayisədə 70,6% artıb.

“Skolkovo Realty” təşkilatının analitikləri bildiriblər ki, rusiyalılar yaşayış icazəsi və ya ölkə vətəndaşlığı üçün müraciət etmək məqsədilə respublikada mənzil almaqda maraqlıdırlar.

Bununla yanaşı, vurğulanır ki, daşınmaz əmlakın alınmasına tələb artıq ikinci aydır ki, artmaqdadır. Sentyabrda bu cür müraciətlərin sayı avqust ayı ilə müqayisədə 260% artıb.

“Kalinka” beynəlxalq konsaltinq şirkətinin hesablamalarına görə, rusiyalılar Türkiyədə daşınmaz əmlak alqı-satqısına görə əcnəbilər arasında lider olublar. 2022-ci ilin üç rübünün nəticələrinə görə, onlar 9,31 min mənzil və digər daşınmaz əmlak alıblar ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 2,6 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər