9 C
Baku
Monday, November 18, 2024

Türkiyədə dollar lirəyə qarşı bir qədər də ucuzlaşıb

Türkiyədə hökumətin milli valyutanın kəskin azalmasına sövq edən psixoloji gərginliyi üçün atdığı addımlardan sonra USD/TRY cütlüyündə azalmalar davam edir.

Banker.az xəbər verir ki, dollar/TL cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 15:07 radələrində  11.1665 səviyyəsinə qədər eniş edib. Bu da 0.8708 lirə, yaxud 7.23% ticarət sessiyası üzrə enişdir.

Ötən gün ticarət sessiyası USD/TRY üçün 12.0373 səviyyəsində bitmişdi. Bu gün isə məzənnə 11.1575 – 12.3582 səviyyələrində dəyişib.

Hazırda ABŞ dolları bir sıra valyutalar qarşısında ucuzlaşır. Altı əsas rəqib valyuta qarşısında müəyyən olunan ABŞ dollarının indeksi 0.02% enişlə 96.035 bəndə, bir həftəlik minimumlara düşüb.

EUR/USD məzənnəsi 0.03% artımla  1.1328 səviyyəsinə, GBP/USD məzənnəsi isə 0.53% artımla 1.3419 səviyyəsinə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər