9 C
Baku
Friday, December 13, 2024

Türkiyədə dollar rekord yenilədi

Türkiyədə dolların məzənnəsi bu gün 3,5863 TL səviyyəsini keçib.

Yeni ilə artımla başlayan dollar dünən axşam saatlarında 3,54 TL səviyyəsində olub. Dekabr ayının inflyasiya rəqəmlərinin açıqlanmasından sonra dollar artıma başlayıb.

Avronun məzənnəsi isə 3,7441 TL-i ötüb.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı (TCMB) dekabrın 20-də keçirdiyi növbəti pul siyasəti iclasında uçot dərəcəsi kimi qəbul edilən 7 günlük REPO əməliyyatları üzrə faiz dərəcəsini dəyişdirmədi. Bununla da faiz dəhlizinin üst həddi, yəni birgünlük marjinal maliyyələşdirmə faizi 8,5%, birgünlük borclanma faizi, yəni faiz dəhlizinin aşağı həddi isə 7,25% olaraq təsdiq edilib. Bununla yanaşı, uçot dərəcəsi 8% səviyyəsində saxlanılıb.

Bununla bağlı əksər analitiklər faizlərin artırılaraq türk lirəsinə marağın yüksəldiləcəyini və dolların məzənnəsinin düşəcəyini ehtimal edirdilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər