Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. Bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə prezidenti R.T.Ərdoğanın bir neçə dəqirə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub.
Qeyd edək ki, makroiqtisadiyyatda milli valyutanın məzənnəsi zəifləyirsə, yəni devalvasiya baş verirsə, ölkədə uçot dərəcəsinin artırılaraq milli valyutaya marağın artırılması əsas şərt kimi qəbul edilir. Həmçinin, “Moody’s” beynəlxalq reytinq agentliyi bu günə nəzərdə tutulan Türkiyənin kredit reytinqi qiymətləndirməsini öz təqvimindən çıxardığını açıqlayıb.
“Report”un analitik qrupu ilin sonuna qədər TRY/USD məzənnəsinin 3,60-a qədər yüksəldikdən sonra 3,45-dək geriləyəcəyini proqnozlaşdırır.