Türk lirəsinin məzənnəsi artıq 2021-ci ilin dekabrından bu tərəfə yenidən düşüb.
Banker.az xəbər verir ki, USD/TRY cütlüyünün məzənnəsi 0.1779 lirə, yaxud 1.12% artımla 16.1024 səviyyəsinə çatıb.
Qeyd edək ki, ötən gün Türkiyə Mərkəzi Bankı 2022-ci ilin sonu üçün illik inflyasiya proqnozunu 46.44%-dən 57.92%-ə yüksəldib.
Türkiyə Mərkəzi Bankı mayın 26-da uçot faiz dərəcəsi ilə bağlı faiz qərarını verəcək. Ehtimal edilir ki, yüksək inflyasiyaya rəğmən uçot dərəcəsini 14%-də sabit saxlayacaq.