6 C
Baku
Sunday, December 15, 2024

Türkiyədə dolların məzənnəsi 5 lirəni test etməyə hazırlaşır

Bu gün qlobal maliyyə bazarlarında TRY/USD nisbəti 4,8203-ə çataraq tarixi rekordunu yeniləyib.

Türkiyə mətbuatına istinadən xəbər verilir.

Qeyd edək ki, bu həftənin əvvəlində Türkiyədə ABŞ dolları qarşısında məzənnəsi 4,5 lirə təşkil edib. Ötən günün sonunda isə məzənnə 4,8 lirəyə yüksəlib.

İlin əvvəli ilə müqayisədə lirə dollar qarşısında 20,27% dəyərdən düşüb. Amerika valyutasına nisbətdə ucuzlaşma baxımından Türkiyənim milli valyutası yalnız Argentina pesosundan geri qalıb. Latım Amerikası ölkəsinin milli valyutası bu ilin əvvəlindən dollar qarşısında 23,32% dəyərdən düşüb.

©Report

Son xəbərlər
Digər xəbərlər