Türkiyədə ABŞ dollarının məzənnəsi 4.2296 lirəyə çatıb
Türkiyədə ABŞ dollarının məzənnəsi 4.2296 lirəyə çataraq yenidən rekord vurub. Sputnik Azərbaycan “Bloomberght”ə istinadla xəbər verir ki, bu artım Türkiyə Statistika Qurumunun aprel ayı üzrə inflyasiya rəqəmlərini açıqlamasından sonra baş verib.
Belə ki, apreldə istehlakçı qiymətləri indeksi (inflyasiya) aylıq 1.87%, illik isə 10.85% artıb. İnflyasiyanın aylıq 1.5%, illik 10.5% olacağı proqnozlaşdırılırdı.
Qeyd edək ki, apreldə ən çox ayaqqabı və geyimlər bahalaşıb — 10,4%.