Türkiyənin Malatya şəhərinin Yeşilyurt bölgəsində baş vermiş 5,6 bal gücündə zəlzələn sonra bu vaxta qədər 32 nəfər dağıntılar altından sağ çıxarılıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ nəticəsində 2 nəfər həyatını itirib, 12-si ağır olmaqla 140 nəfər yaralanıb. Hazırda 40 nəfərin müalicəsi davam etdirilir.