Türkiyədə elektrik və qaz qiymətləri 25 faiz artırılıb

Yaxın Şərqdəki münaqişənin və Hörmüz boğazının bloklanmasının dünyada enerji daşıyıcıları qiymətlərinə təsir etməsi fonunda Türkiyədə ev təsərrüfatları üçün nəzərdə tutulan elektrik və təbii qaz qiymətləri 25 faiz qaldılırıb.

Yeni tariflər aprelin 4-dən etibarən qüvvəyə minib.

“Bu artımla birlikdə 100 kVt·s elektrik istehlakı olan bir məişət abunəçisi üçün ödəniləcək məbləğ 323,8 TL (təxminən 13 AZN) təşkil edir”,-deyə Enerji Bazarının Tənzimləmə Qurumu (EPDK) öz internet saytında yaydığı bəyanatda bildirib.

EPDK qeyd edib ki, ev təsərrüfatları ilə yanaşı, aşağı gərginlikdən elektrik istifadə edən dövlət və özəl abonentlər üçün 17,5%, orta gərginliyə qoşulmuş sənaye abonentləri üçün 5,8%, kənd təsərrüfatı abonentləri üçün isə 24,8% həcmində artım tətbiq olunub.

Təbii qaz üzrə də müxtəlif kateqoriyalar üçün oxşar artımlar elan edilib.

EPDK-nın açıqladığı artım faizləri aşağıdakılardır:

Məişət istehlakçıları (ev istifadəçiləri) üçün orta hesabla 25%

Sənaye istehlakçıları üçün orta hesabla 18,61%

Elektrik istehsalı stansiyaları üçün isə orta hesabla 19,42%

EPDK həmçinin məişət istehlakçıları üçün pilləli tarif sisteminə keçildiyini əlavə edib.

Boru Xətləri ilə Neft Daşıma Anonim Şirkətinin (BOTAŞ) internet saytında paylaşdığı məlumatlara görə, hər bir vilayət üzrə son beş ildə bir evə düşən orta istehlak aylar üzrə təhlil olunub.

Yeni tətbiqə əsasən, aylıq orta göstəricinin 75%-dən artıq olmayan həcmdə təbii qaz istehlak edənlər 1-ci pillə qiyməti ilə ödəniş edəcək.

Bu limiti aşanların isə bütün təbii qaz sərfiyyatı 2-ci pillə üzrə hesablanacaq ki, bu da təxminən 80%-ə yaxın əlavə artım deməkdir.

1-ci pillə üzrə qiymət standart kubmetr üçün 10,6 TL, 2-ci pillə üzrə isə 18 TL müəyyən edilib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər