13 C
Baku
Saturday, November 23, 2024

Türkiyədə faiz qərarı ardından dollar bahalaşaraq 9 lirəyə yaxınlaşdı

Türkiyə Respublikası Mərkəzi Bankı “sürpriz” faiz qərarını açıqlayıb.

Banker.az xəbər verir ki, TCMB uçot faiz dərəcəsini son ildə ilk dəfə azaldaraq 19%-dən 18%-ə qədər azaldıb.

Requlyator son illərdə faiz dərəcəsini yüksəltməklə sərt monetar siyasəti məqsədi ilə milli valyutanın məzənnəsi və istehlak qiymətlərinin artımını əngəlləməyə çalışırdı.

TCMB-nin bu addımından sonra milli valyuta lirənin məzənnəsi gün ərzində 1.27% ucuzlaşma yaşayıb. USD/TRY cütlüyünün məzənnəsi 12 kuruş artmla 8.7624 səviyyəsini görüb.

Son həftələrdə Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Mərkəzi bankdan faizlərin endirməsi çağırışını etmişdi.

Türkiyədə milli valyuta dəyərdən düşdüyü kimi, inflyasiya göstəriciləri də yüksəlməkd. Məsələn, TÜİK son açıqlamasında təkcə avqusta 1.02% artım olduğunu yazır. Buna baxmayaraq FT-da hərra müstəqil araşdırma qruplarının əslində inflyasiyanın 4.06% olduğu deyilir.

İllik inflyasiya isə 19.25% olduğu açıqlanıb.

Son xəbərlər
Digər xəbərlər