Türkiyənin zəlzələ baş vermiş 10 vilayətində fövqəladə vəziyyət elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi zəlzələ bölgəsini əhatə edən 10 əyalətdə tətbiq ediləcək və 3 ay davam edəcək.