10 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə ilin sonunadək inflyasiyanın 44%-ə çatacağı gözlənilir

Türkiyədə bu ilin sonunadək inflyasiya 44.19 faizə, milli valyutanın məzənnəsi isə 1 dollar üçün 40.53 lirəyə çata bilər.

Bu proqnoz Türkiyə Mərkəzi Bankının hər ay keçirdiyi sorğuya qatılan bazar iştirakçıları tərəfindən verilib.

Sorğuda maliyyə sektorunun 53 kompaniyası, o cümlədən 30 bank, həmçinin real sektorun 17 nümayəndəsi iştirak edib. Onların hesablamalarına görə, təqvim ilinin sonunda inflyasiya orta hesabla 44.19 faiz, 12 ayın yekununda isə 36.7 faiz təşkil edə bilər. Eyni zamanda, iki il ərzində qiymət artımının 22.67 faizə çatacağı proqnozlaşdırılır. Nəticədə sorğu iştirakçılarının 50 faizdən çoxu illik perspektivdə inflyasiyanın 34-39 faiz diapazonunda dəyişəcəyi ilə razılaşıb.

Bazar iştirakçıları 2024-cü ilin sonunda milli valyutanın məzənnəsinin 1 dollar üçün 40.53 lirə olacağını, 2025-ci ilin martına qədər isə 42.79 lirəyə çatacağını gözləyirlər. Həmçinin onlar bu il ÜDM-in 3.3 faiz, gələn il isə 3.8 faiz artacağını proqnozlaşdırırlar.

Türkiyə Statistika Komitəsinin martın əvvəlində verdiyi məlumata görə, fevralda ölkədə inflyasiya səviyyəsi öncəki ayla müqayisədə 4.53 faiz artaraq illik ifadədə 67.07 faiz təşkil edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər