2 C
Baku
Saturday, December 14, 2024

Türkiyədə illik inflyasiya 62%-dən aşağı enib

Türkiyədə illik inflyasiya yenidən azalıb.

Cari ilin iyul ayında illik inflyasiya 61.78% təşkil edib. İyun ayında bu rəqəm 71.60% təşkil etmişdi. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3.23%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 28.76% artıb.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 39.57% ilə geyim və ayaqqabı qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 104.5% ilə təhsil qiymətləri olub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, caril ildə isə bu göstəricinin ən yüksək səviyyəsi-75.45% may ayında qeydə alınıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər