Türkiyədə illik inflyasiya iyun ayında 71.6%-ə enib.
Bu barədə Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatında bildirilir.
May ayında bu rəqəm 75.45% təşkil edib.
Məlumata görə, iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 1.64%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 24.73% artıb.
Ötən ilin eyni ayına nisbətən ən az artım 51.20% ilə geyim və ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə 107.11% ilə təhsil sektoru olub.