2022-ci ilin sentyabr ayında Türkiyədə illik inflyasiya 83.45 faizə yüksəlib.
Bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında bildirilib. Məlumata görə, inflyasiya avqust ayı ilə müqayisədə 3.08 faiz, ötən ilin dekabrından bəri isə 52.4 faiz artıb.
İl ərzində ən çox nəqliyyat xidmətləri (117.66 faiz), ərzaq məhsulları (93.05 faiz) və ev əşyaları (89.68 faiz) bahalaşıb.
Xatırladaq ki, avqust ayında illik inflyasiya 80.21 faiz təşkil etmişdi.