8 C
Baku
Saturday, November 30, 2024

Türkiyədə inflyasiya gözləniləndən daha çox azalmaqla 38.21%-ə düşüb

Türkiyədə illik istehlak qiymətləri indeksi gözləniləndən daha çox azalıb.

Banker.az xəbər verir ki, ölkədə may üzrə qeydə alınan orta illik inflyasiya 39.59% təşkil etdiyi halda iyun ayında bu rəqəm 38.21%-ə düşüb.

İqtisadçılar isə iyunda Türkiyədə illik inflyasiyanın 39.47% olacağını proqnoz edirdilər.

Aylıq inflyasiya isə 3.92% olub və bu gözlənilən 4.84%-lik proqnozdan azdır.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında 85.51%-ə qədər yüksəlmişdi.

Son xəbərlər
Digər xəbərlər