Türkiyə Respublikasından istehlak qiymətləri indeksi gözləntiləri yenidən aşıb.
Banker.az Türkiyə Statistika İdarəsinə (TÜİK) istinadən xəbər verir ki, illik inflyasiya 2023-cü ilin yanvarında 57.68% təşkil edib.
İqtisadçılar inflyasiyanın 53.50% təşkil edəcəyini proqnoz etmişdi və göründüyü kimi hazırkı rəqəmlər proqnozu xeyli üstələyib. Öncəki ayda illik inflyasiya 64.27% idi.
Aylıq inflyasiya isə 3.80% proqnoz edildiyi halda aktual olaraq 6.65% olub. Dekabrda aylıq inflyasiya 1.8% idi.